AZ

Xaçmazda Prokurorluq işçilərinin peşə bayramı qeyd edilib (FOTO)

Bakı. Trend:

Xaçmaz rayonunda Azərbaycan Respublikası Prokurorluğununyaranmasının 106-cı ildönümü və 1 oktyabr - Prokurorluq işçilərininpeşə bayramı günü qeyd edilib.

Trend xəbərverir ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev,yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon prokurorluğununəməkdaşları və ictimaiyyət nümayəndələri əvvəlcə Xaçmaz şəhərininmərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünəgül-çiçək dəstələri qoyublar.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev prokurorluqişçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara işlərindəuğurlar arzulayıb.

Qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyiqanunvericilik islahatları nəticəsində ölkəmizdə insan hüquqlarınınhərtərəfli bərqərar olması təmin edilib. Dövlətçilik ideyalarınasarsılmaz inam və sadiqlik nümayiş etdirən prokurorluq orqanlarıqanunun aliliyinin təmin olunması, cinayətkarlığa qarşı mübarizə,vətəndaşların hüquqlarının etibarlı müdafiəsi sahəsində yorulmadanxidmət göstərir.

Xaçmaz rayon prokuroru Rəşad Məmmədov prokurorluq orqanlarınınmaddi-texniki bazasının möhkəmləndirilməsi, iş şəraitininyaxşılaşdırılması və strukturunun təkmilləşdirilməsi istiqatindəgörülən işlərdən danışıb. Bildirib ki, prokurorluq orqanlarıəməkdaşları üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincəgəlirlər.

Digər çıxış edənlər də prokurorluq orqanları əməkdaşlarını peşəbayramı günü münasibətilə təbrik edib, onlara çətin və məsuliyyətliişlərində uğurlar arzulayıblar.

Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Seçilən
8
1
az.trend.az

2Mənbələr