RU

Qadın 13 gündür dayanmadan asqırır - FOTO

Türkiyənin Batman vilayətində qadın 13 gündür dayanmadan asqırır.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, 13 gündür dayanmadan asqıran iki uşaq anası, 24 yaşlı Bənazir Aydının hansı səbəbdən bu halda olduğunu həkimlər müəyyən edə bilməyiblər.

Qadın asqırmağının yalnız yuxuda dayandığını, yatarkən də "ölüm yuxusu"na getdiyini bildirib.

Qadın, həmçinin, dayanmayan asqırığı səbəbində yemək yeyə bilmədiyini də qeyd edib.

Zərifə Nağıyeva 
 

Избранный
7
50
unikal.az

10Источники