RU

Ucarda yanacaq daşıyan maşın aşıb

Yanğın qısa müddətdə məhdudlaşdırılıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayonu, Müsüslü kəndi ərazisindən keçən hissəsində qəzaya düşmüş yanacaqdaşıyan yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub. AYNA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Qeyd olunub ki, hadisə ilə əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Hadisə yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Избранный
8
48
ayna.az

10Источники