RU

Azərbaycanın Rusiyadakı yeni səfiri kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib.

Olaylar səfirin dosyesini təqdim edir:

Rəhman Mustafayev 26 sentyabr 1963-cü ildə Bakı şəhərində anadan olub. Moskva Dövlət Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil alıb.1993-1994-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya-analiz xidmətinin baş məsləhətçisi işləyib. 1994-1997-cı illərdə Azərbaycanın Rusiyadakı səfirliyinin əvvəlcə üçüncü, sonra ikinci, ardınca birinci katibi olub. 1997-1999-cu illərdə Dövlət Əmlak Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri olub.

2000-2006-cı illərdə Azərbaycanın Rusiyadakı səfirliyində müşavir, 2006-cı ilin may-noyabr aylarında Azərbaycan XİN-in birinci ərazi idarəsinin direktor müavini olub.

2006-cı ilin noyabrından 2009-cu ilədək Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktoru olub.

Rəhman Mustafayev Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2017-ci il tarixli sərəncamı ilə Yunanıstan Respublikasındakı və eyni zamanda, Albaniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

23 iyun 2017-ci ildən 17 oktyabr 2022-ci ilədək Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri olub.

17 oktyabr 2022 - 1 oktyabr 2024-cü illərdə Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri olaraq çalışıb.

1 oktyabr 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
15
45
olaylar.az

10Источники