RU

Dünya iqtisadiyyatını gözləyən narahatlıq: “2024-2025-ci ildə ciddi qlobal suallar yaranacaq”

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Hazırda dünya iqtisadiyyatı və siyasəti ilə bağlı narahatlıqlar qlobal trendlər- yaratmaqla bərabər  və ciddi suallara diqqət çəkir.

İqtisadçı Elman Sadıqov bu barədə geniş açıqlama verərək bildirib ki,  2024 və 2025-ci illər üçün qlobal iqtisadi və siyasi səhnədə bir sıra əhəmiyyətli çağırışlar var:

Almaniya avtomobil sənayesində, xüsusilə Volkswagen ilə bağlı yaranan narahatlıqların, ölkənin iqtisadi vəziyyətinə mənfi təsir edə biləcəyini qeyd edən Sadıqov, bu təsirin Avropa Birliyinə də yayıla biləcəyini bildirir.

“Almaniyanın avtomobil sənayesi Avropa iqtisadiyyatının mühüm təkanverici qüvvəsidir, və burada yaranacaq hər hansı geriləmə Avropa Birliyinin onsuz da kövrək iqtisadiyyatına mənfi təsir edə bilər. Fransa iqtisadiyyatında da mənfi göstəricilər artıb. Avropanın iqtisadi güc mərkəzi kimi öz mövqeyini itirir. Bu çərçivədə Almaniyanın Avropa İttifaqını xilas etmə potensialı sual altındadır, lakin İttifaqın Almaniyanı xilas edə biləcəyi də qeyri-müəyyəndir. Bu mümkün böhran, Avropadan kənarda qalan ölkələrə, o cümlədən Azərbaycanın iqtisadiyyatına da mənfi təsir göstərə bilər”.

Çin iqtisadiyyatı ilə bağlı problemlərin də ön planda olduğunu bildirən Sadıqov, ölkənin daşınmaz əmlak bazarında ciddi problemlərin formalaşdığını və Çin hökumətinin monetar genişlənmə siyasətinə keçdiyini vurğulayıb. O qeyd edib ki, Çinin illik iqtisadi artımının 5%-in altına düşməsi isə qırmızı xətt hesab olunur və bu, qlobal iqtisadiyyatda narahatlıq yaradır:

“Yaponiyada isə sənaye, xüsusilə avtomobil sektoru iqtisadi durğunluqdan çıxmaq üçün əsas ümid kimi görülür. Toyota-nın hibrid və elektromobil sahəsindəki uğurları müsbət təsir göstərsə də, ümumi iqtisadi bərpa prosesinin nə qədər sürətli olacağı hələ də qeyri-müəyyəndir”.

Yaxın Şərqdə siyasi və iqtisadi strukturlaşmanın davam etdiyini qeyd edən Sadıqov, Rusiya-Ukrayna müharibəsinin isə ABŞ və Avropaya inflyasiya problemini həll etməkdə müəyyən qədər yardım etdiyini bildirir. Lakin bu müharibə yeni iqtisadi problemlər də doğurub.

Ən sərfəli kredit üçün müraciət et

Избранный
12
banco.az

1Источники