RU

Azərbaycanla Türkiyə arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq daha da güclənib

Bakı, 1 oktyabr, AZƏRTAC

Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkün rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 1-də Azərbaycan Respublikasının Ali Məhkəməsində olub.

Bu barədə AZƏRTAC-a Ali Məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Ali Məhkəmənin sədri İnam Kərimov Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərinə toxunub, iki ölkənin qarşılıqlı əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib.

Məhkəmə-hüquq sahəsində də əməkdaşlığın qarşılıqlı səfərlər və təcrübə mübadiləsi nəticəsində daha da gücləndiyi vurğulanıb.

Görüşdə ölkəmizdə məhkəmələrinin fəaliyyətinin müasir tələblərə uyğun qurulması, elektron xidmətlərin genişləndirilməsi, hakimlərin peşəkarlığının artırılması və cəza siyasətinin humanistləşdirilməsi üzrə görülən işlər diqqətə çatdırılıb.

Türkiyə nümayəndə heyətinin rəhbəri Muhsin Şentürk ikitərəfli əlaqələri yüksək qiymətləndirərək, bu münasibətlərin inkişafına xüsusi diqqət yetirildiyini qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Избранный
8
6
azertag.az

10Источники