RU

Rusiya Xersonda avtobus dayanacağını vurdu - Ölənlər və yaralananlar var

Rusiya Ukraynanın Xerson vilayətində avtobus dayanacağını vurub.

 

Sfera.az bildirir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski açıqlama verib. O qeyd edib ki, Rusiyanın hücumu nəticəsində bölgədə avtobus dayanacağında gözləyən 6 nəfər ölüb, 6 nəfər isə yaralanıb.

 

“Ölənlərin ailələrinə və yaxınlarına başsağlığı verirəm. Xəsarət alanlara isə lazımi yardım göstərilir. Biz rus terrorunu, onların insanların həyatını məhv etmək cəhdlərini dayandıra bilərik.  Bunun üçün davamlı sülhü təmin etməliyik. Ukraynanın gücü və tərəfdaşlarımızın qətiyyəti Putinin terror etmək istəyindən daha çox olmalıdır”, -Zelenski bildirib.

 

O həmçinin çıxışında qeyd edib ki, Rusiyaya təzyiqlər artırılmalı və Ukraynaya yardım davamlı, hərtərəfli olmalıdır. 

 

Günay 

Избранный
17
sfera.az

1Источники