RU

İsrail ordusu Qəzza zolağına ağır zərbələr endirib, ölənlər var

İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə təşkil etdiyi  hücumlarda 19 fələstinli həyatını itirib.
Fələstinin WAFA xəbər agentliyinin yaydığı məlumata görə, ''Nusayrat'' qaçqınlar düşərgəsində yaşayan Əbu Ataya və Əbu Şumeys ailələrinin evlərinə edilən hücumlarda 13 fələstinli həyatını itirib.
İsrail ordusu Qəzza şəhərinin şərqindəki Et-Tuffah rayonunda fələstinlilərin sığındığı “Əş-Şücaiyyə” məktəbinə də hücum edib.
Səhiyyə mənbələrinin yaydığı məlumata görə, hücumda 6 nəfər həyatını itirib.



Избранный
15
trt.net.tr

1Источники