"Siz və mən görürük ki, hərbi əməliyyatların coğrafiyası genişlənir. Bu, regionda sabitliyin daha da pozulmasına və gərginliyin artmasına gətirib çıxarır. Bu gərginliklər bütün region və ona bitişik məkan üçün son dərəcə dağıdıcıdır. Biz dərin narahatlığımızı davam etdiririk" - Kremlin sözçüsü bildirib.
Bundan əvvəl Suriya Müdafiə Nazirliyi İsrailin döyüş təyyarələri və pilotsuz uçuş aparatlarından istifadə edərək Dəməşqə hücum etdiyini, nəticədə 3 mülki vətəndaşın öldüyünü, 9 nəfərin isə yaralandığını bildirmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31