RU

29 yaşlı modeli küçənin ortasında güllələyib ÖLDÜRDÜLƏR – FOTO

Kosta-Rikanın paytaxtında yaşayan iki uşaq anası 29 yaşlı model Yuliana Kastillo Sançes avtobus dayanacağında  iki motosikletli təcavüzkarın hücumuna məruz qalıb.

Medianews.az xəbər verir ki, hadisə yerində dünyasını dəyişən Sançesin əşyaları oğurlanmadığı üçün hücumun soyğunçuluq məqsədi daşımadığı, qisas məqsədi ilə həyata keçirildiyi ehtimal edilir.

Polis hücumun dəqiq səbəbini və hücum edənlərin kimliyini müəyyən etməyə çalışır.

Təxminən 15 min izləyicisi olan İnstaqram fenomenindən geriyə 8 və 4 yaşlı iki uşağı qalıb.

Polis hadisə ilə bağlı araşdırmalarını davam etdirir. Şübhəlilərin şəxsiyyəti və hücumun dəqiq səbəbi hələlik müəyyən edilməyib.

Medianews.az

Yuliana

Kosta

Избранный
25
medianews.az

1Источники