RU

“Back to Networking” tədbiri keçirilib - FOTO

Azərbaycan iş adamlarının ünsiyyət və müzakirə platforması olan "Networking Azerbaijan" Biznes Klubu yeni mövsümə başlayıb.

Day.Az xəbər verir ki, yeni mövsümün ilk görüşündə iş adamlarının görüşünə millət vəkilləri Vüqar İskəndərov, Naqif Həmzəyev və Ceyhun Məmmədov da qatılıblar. Deputatlar özəl sahənin Azərbaycan iqtisadiyyatındakı əhəmiyyətli rolundan, ölkə qanunvericiliyində bizneslərin inkişafına dəstəklə bağlı mütəmadi təkmilləşmələr barədə məlumat veriblər.

"Networking Azerbaijan" klubunun üzvləri yenilikləri barədə bir-birini məlumatlandırıb, kluba yeni qoşulanlar özlərini təqdim ediblər.

"Bu mövsüm ölkəmiz üçün çox vacib tədbirlə - COP29 tədbiri ilə yadda qalacaq. Sahibkarlarımız hər biri bu əhəmiyyətli tədbirə töhfə verməyə çalışırkən, biz də "Networking Azerbaijan" olaraq biznesin müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarları bir araya gətirəcək tədbirlər planlaşdırırıq. Əminik ki, üzvlərimiz bu tədbirlərdən faydalana biləcəklər. Çünki "Networking Azerbaijan" iş adamları üçün sadəcə tanışlıq və ünsiyyət platforması deyil, həm də möhkəm iş birlikləri üçün zəmindir"- bunu "Networking Azerbaijan" Biznes Klubunun həmtəsisçisi Orxan Hacıyev deyib.

Qeyd edək ki, "Networking Azerbaijan" Biznes Klubu 2017 - ci ildən fəaliyyət göstərir. Bu günə kimi 4000 - ə qədər sahibkar və idarəçilər üçün ünsiyyət və müzakirəni təmin edən, yüksək səviyyədə təşkil olunmuş tədbirləri ilə tanınıb.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

  • “Back
  • “Back
  • “Back
  • “Back
  • “Back
  • “Back
  • “Back
  • “Back
  • “Back
  • “Back
  • “Back
  • “Back
  • “Back
  • “Back
  • “Back
  • “Back
  • “Back
  • “Back
  • “Back
  • “Back
  • “Back
  • “Back
Избранный
15
day.az

1Источники