RU

Sülhə yol konstitusiya dəyişikliyindn keçir: Əslində Paşinyan fərqindədir ki...

“Ermənistanın baş naziri dünya ictimaiyyətinə yönəlik məqsədyönlü şəkildə İrəvanın Azərbaycanla sülhü imzalamağa hazır olduğunu bəyan edir”.

Bunu Bakıvaxtı.az-a politoloq Fuad Abbasov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Paşinyan bir neçə dəfə Bakıda keçiriləcək COP29 tədbirinə kimi sülh müqaviləsinin imzalanmasının mümkünlüyündən danışıb:

"Amma bu, reallıqdan uzaq məsələdir. Niyə? Çünki erməni baş nazir özü də çox yaxşı bilir ki, sülhün önündəki əsas maneə Ermənistan konstitusiyasındakı ərazi iddiasıdır. İlk növbədə həmin müddəalar aradan qaldırılmalıdır. Ermənistanın Azərbaycana ərazi iddialarını özündə ehtiva edən konstitusiyası dəyişmədiyi müddətcə hansısa sülh müqaviləsinin imzalanması qeyri-mümkündür. İrəvan üzərinə düşəni etmək əvəzinə Azərbaycanı ittiham edir. İddia edir ki, guya Azərbaycanın Konstitusiyasında da Ermənistana ərazi iddiası var. Əlbəttə, belə bir şey yoxdur və qalib ölkə olan Azərbaycanın qarşısında hansısa tələb irəli sürülməlidir".

Fuad Abbasov: Ermənilər söyləyirlər ki, sazişin əksər bəndi razılaşdırılıb və onlar əsasında sənədi imzalamaq olar

Həmsöhbətimiz vurğulayıb ki, hazırda Ermənistanda referendum, konstitusiya dəyişikliyi ilə bağlı demək olar heç bir addım atılmır:

"Bu prosesə qarşıdakı illərdə başlayacaqlarını deyirlər. Elə ancaq onu söyləyirlər ki, sazişin əksər bəndi razılaşdırılıb və onlar əsasında sənədi imzalamaq olar. Bununla imitasiya ilə məşğul olurlar”.

Müsahibimizə görə, əslində Nikol Paşinyan fərqindədir ki, Ermənistan ictimaiyyəti müxalifətin təhriki ilə konstitusiya dəyişikliyinə, referenduma qarşı çıxacaq. Ona görə də qətiyyən tələsmir və prosesin necə cərəyan edəcəyini izləyir.

Aydın Baxış

Избранный
12
bakivaxti.az

1Источники