RU

Azərbaycanda banklara keşbək kampaniyaları ilə bağlı göstəriş verilə bilər

Azərbaycan Mərkəzi Bankı (AMB) bankların keşbək kampaniyaları onların maliyyə dayanıqlılığına təsirini görsə, xərclərin optimizasiyası istiqamətində göstəriş verə bilər.

Bunu AMB-nin baş direktoru Toğrul Əliyev qurumun “2024-cü ilin yarım illiyinə həsr olunan Maliyyə sabitliyi” hesabatının təqdimatında deyib.

Onun sözlərinə görə, keşbək məbləğləri bankların biznes modelindən aslıdır və strategiyalarına uyğun olaraq aparılır.

“Sözsüz ki, mənfəət-zərərliliyinin təhlili nəticəsində maliyyə dayanıqlılığına təhdidlər yaradacaq stiuasiyalar yaranarsa, Mərkəzi Bank tərəfindən xərclərin optimizasiyası istiqamətində banklara göstəriş verilə bilər. Bu addım həmin xərclərin izafi artımının bankın maliyyə dayanıqlılığına təhdidlər yaradarsa atıla bilər”, – T. Əliyev bildirib.

Избранный
13
50
banker.az

10Источники