RU

NATO-nun yeni baş katibi prioritetlərini AÇIQLADI

NATO-nun yeni baş katibi Mark Rutte Ukrayna müharibəsini əsas prioritet elan edib.

Bizim.Media UNİAN-a istinadla xəbər verir ki, Alyansın yeni rəhbəri bunu NATO-nun Brüsseldəki mənzil-qərargahında rəsmi qəbul mərasimindən əvvəl bildirib.

O, yeni baş katib kimi qarşısında duran prioritetlər siyahısında Ukraynanımn birinci yerdə olduğunu deyib:
 

MÖVZU İLƏ BAĞLI:

Bu gündən NATO-ya Mark Rutte rəhbərlik edəcək - VİDEO


“Ukrayna. Biz onun suveren, müstəqil, demokratik bir ölkə kimi yaşamasını təmin etməliyik".

Yeni baş katib vurğulayıb ki, əsas məsələlərdən biri də Alyansın mühafizəsi və müdafiəsidir. Rutte qeyd edib ki, NATO müdafiəyə daha çox pul xərcləməli və kollektiv müdafiəni gücləndirməlidi:

"Bir şey heç dəyişməyəcək. Bu, NATO-nun əsas missiyasıdır: xalqımızı, dövlətlərimizi və dəyərlərimizi qorumaq”.

Rutte Ukraynadakı müharibə, Kremlin hərəkətləri ilə bağlı narahatlıqlar və ABŞ-dakı siyasi qeyri-müəyyənlik fonunda ittifaqın toxunulmazlığını qoruyub saxlamaq üçün Hollandiyanın baş naziri olarkən əldə etdiyi bütün koalisiya quruculuğu bacarıqlarına ehtiyac olacağını vurğulayıb.

Qeyd edək ki, o, bu gündən NATO-nun baş katibi vəzifəsinin icrasına başlayacaq. 

Bizim.Media

Избранный
7
50
bizim.media

10Источники