RU

ACWA Power: Azərbaycanda suyun təhlükəsizliyi regional əməkdaşlıqdan asılıdır

Azərbaycanda suyun təhlükəsizliyi çox ciddi şəkildə regional əməkdaşlıqdan asılıdır.

"APA-Economics" xəbər verir ki, bunu ACWA Power Qlobal Su Duzsuzlaşdırma şöbəsinin rəhbəri Udyan Set Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) 2-ci günündə çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanda su paylanma sistemi tam tarazlı qurulmayıb. Ona görə də bəzi bölgələrdə su çatışmır, bəzi bölgələrdə çoxdur. Azərbaycanda yağış və təbii su hövzələri azdır.

"Biz Dayanıqlı həll ortaya qoyub, suya olan tələbatı qarşılamaq üçün innovativ texnologiyalar tətbiq etməliyik. Suyun duzsuzlaşdırılması bu resursa ehtiyacı olan bölgələr üçün çox mühüm həll yolu kimi tapılmışdı. Suyun duzsuzlaşdırılmasında texnoloji yeniliklərdən biri enerji istehlakının və kapital xərcinin azaldılmasıdır. Çünki duzsuzlaşdırma üçün ciddi maliyyə vəsaitlərinə ehtiyac var"- deyə o qeyd edib.

Избранный
38
apa.az

1Источники