RU

Ötən il Çoxtərəfli İnkişaf Bankları iqlim maliyyələşdirilməsi üçün rekord məbləğ ayırıb

Bakı. Trend:

Keçən il Çoxtərəfli İnkişaf Bankları (ÇİB) dünya üzrə iqlimmaliyyələşdirilməsi üçün rekord - 125 milyard ABŞ dollarıayırıb.

Trend xəbər verir ki, bubarədə İslam İnkişaf Bankının dayanıqlıq və iqlim dəyişmələridepartamentinin direktoru Seyid Hüseyn Kvadri (Syed Husain Quadri)Bakı İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsiçərçivəsində keçirilən beynəlxalq konfransda bildirib.

"Ondan 25 milyard dollar iqlim dəyişmələrinə uyğunlaşma üçünayrılıb", - o qeyd edib.

Onun sözlərinə görə, ÇİB maliyyələşdirmədə su resurslarının dahasəmərəli idarə edilməsinə yönəlmiş layihələrə, quraq bölgələrdəsuyun səmərəli istifadəsinə yönəlmiş təşəbbüslərə xüsusi diqqətyetirir.

"İkinci istiqamət davamlı kənd təsərrüfatının, o cümlədən,davamlı kənd təsərrüfatının inkişafını təşviq edən layihələrindəstəklənməsidir. Nəhayət, üçüncü prioritet istiqamət isə təbiifəlakət risklərini azaltmaq üçün erkən xəbərdarlıq sistemləriningücləndirilməsidir", - o vurğulayıb.

Qeyd edək ki, 30 sentyabr - 4 oktyabr 2024-cü il tarixlərindəkeçirilən bu həftə Bakıda ilk dəfə təşkil olunur.

Bu tədbir, noyabr ayında Bakıda keçiriləcək COP29 zirvəsi öncəsiiqlim gündəliyinin əsasını təşkil edəcək.

"Iqlim Fəaliyyəti Həftəsi" siyasət, maliyyə, ticarət,investisiya, elm, incəsənət, mədəniyyət, vətəndaş cəmiyyəti vəmedia kimi müxtəlif sahələrdən əsas maraqlı tərəfləri bir arayagətirəcək.

Həftənin birinci yarısı (30 sentyabr - 2 oktyabr) dövlətqurumları, akademik dairələr və özəl sektorun iştirak etdiyi iqlimhəllərinə həsr olunacaq. İkinci yarıda isə (3-4 oktyabr) elm,təhsil, incəsənət, mədəniyyət və digər sahələr ön plandaolacaq.

İqlim həftəsi çərçivəsində şəhərin müxtəlif yerlərində çoxsaylıtədbirlər keçiriləcək.

Избранный
15
az.trend.az

1Источники