RU

“Azərreyl” Avropa Kubokunda

“Azərreyl”in kişi və qadınlardan ibarət komandaları çimərlik voleybolu üzrə Avropa Kubokunda (CEV Beach Volley European Cup) iştirak edəcək.

Azərbaycan Voleybol Federasiyasından Msport.az-a verilən məlumata görə, Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən klublar arasında təşkil olunan turnirə Fransanın Monpelye şəhəri ev sahibliyi edəcək.

Qaydalara əsasən, yarışda iştirak edən hər klub 2 komanda ilə və minimum 4, maksimum 6 oyunçu ilə təmsil oluna bilər. Qrup birinciləri birbaşa yarımfinala yüksələcək. İkinci və üçüncü yerin sahibləri isə öz aralarında (A2-B3, A3-B2) daha bir oyun keçirəcəklər. Oyunlar oktyabrın 10-13-də olacaq.

Qeyd edək ki, 2023-cü ildə ilk dəfə Türkiyədə keçirilmiş çimərlik voleybolu üzrə Avropa Kubokunda (CEV Beach Volley European Cup) ölkəmizi təmsil edən “Murov Az Terminal” klubunun kişi komandası çempion olub.

Избранный
8
11
msport.az

10Источники