RU

Pezeşkian niyə Zəngəzur dəhlizindən danışmır? - ŞƏRH

İranın daha bir dövlət rəsmisi Zəngəzur dəhlizinı qarşı açıqlama verib.

İranın birinci vitse-prezidenti Məhəmmədrza Aref dünən Rusiyanın baş naziri Mixail Mişustinlə görüşündə deyib ki, regional sərhədlərdə istənilən dəyişiklik bölgədə gərginliyə səbəb olacaq.

İran rəsmisi bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı məsələlər ətrafında daha çox müzakirələr aparmaq lazımdır.

Qeyd edək ki, Tehran rəsmiləri əvvəllər də dəfələrlə Zəngəzur dəhlizini “İranın qırmızı xətti” adlandıraraq, onun açılmasına qarşı çıxıblar.

İranın yeni Prezidenti Məsud Pezeşkian isə bu vaxta qədər Zəngəzur dəhlizinin əleyhinə fikir bildirməyib.

Turkustan.az-ın məlumatına görə, siyasi ekspert Elxan Şahinoğlu Məsud Pezeşkianın mövqeyini belə şərh edib:

“Görünür Pezeşkian daxilən anlayır ki, Zəngəzur dəhlizinin İran üçün təhlükəsi yoxdur, sadəcə o bu barədə açıqlama vermək istəmir. Əks halda, o, İranın mühafizəkar dairələrinin qəzəbinə tuş gələcək. İranın başı dərddədir, imicinə böyük zərbə dəyib. İsrail İranın silahlandırdığı regional silahlı qrupları başsız qoyub, komandirlərinin mütləq əksəriyyətini öldürüb. İsrail raket zərbələriylə SEPAH generallarını müxtəlif ölkələrdə öldürməkdə davam edir. Tehran və Qum İsrailə qarşı bir şey edə bilmədikləri halda, onların Zəngəzur dəhliziylə bağlı hədələrinin heç bir əhəmiyyəti qalmayıb. Beynəlxalq aləm də gördü ki, İrandakı siyasi və hərbi dairələr ancaq sözdə qorxu yaratmağa çalışırlar, reallıqda isə elə bir gücləri yoxdur, olsaydı, kiçik İsraillə savaşa başlayardılar. İranın parçalanması və bir neçə yerə bölünməsi təhlükəsi barədə ən doğru izahı elə ölkə Prezidenti Məsud Pezeşkian verib. Yaxın Şərqdə baş verən son olaylar Zəngəzur dəhlizinin reallaşmasını sürətləndirə bilər, bu Çindən başlayaraq hamının, o cümlədən Mərkəzi Asiya ölkələri, Azərbaycan, Türkiyə və Ermənistanın da xeyrinədir”.

Избранный
9
1
turkustan.az

2Источники