RU

Karate Federasiyasının rəhbəri Ukraynadakı döyüşlərdə öldürülüb

Novokuznetsk Karate Federasiyasının rəhbəri Aleksey Xodıkin Ukraynada gedən döyüşlər zamanı öldürülüb. Bu barədə məlumatı Rusiya Karate Federasiyasının (RFKR) “VKontakte” sosial şəbəkəsindəki səhifəsində yayıb.

“Ölkə əsl vətənpərvərini, yerli karate isə güclü idmançını və əla mentorunu itirdi. Hamımız üçün çox böyük itkidir. Ailəsinə, eləcə də bütün idman ictimaiyyətinə dərin hüznlə başsağlığı veririk”, - RFKR-nin bəyanatında deyilir.

Xodıkin Kemerovo vilayətinin komandasının baş məşqçisi vəzifəsində çalışıb. Onun həyat yoldaşı və iki qızı var.

Xatırladaq ki, dünən Ukraynada Tümen futbol klubunun futbolçusu Nikolay Palyanovun da dünyasını dəyişməsi barədə məlumat yayılmışdı.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Избранный
11
news365.az

1Источники