RU

Tailandda tələbələri daşıyan avtobus yandı - 20 nəfər öldü

Tailandda 38 şagird və 6 müəllimin olduğu avtobus yanıb. İlkin hesablamalara görə, hadisə nəticəsində azı 20 nəfər həyatını itirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Tailandın nəqliyyat naziri Suriya Jungrungruengki verdiyi açıqlamada, Uthai Thani bölgəsindən məktəb gəzintisi üçün hərəkət edən 44 sərnişini daşıyan avtobusun yolda alovlandığını söyləyib.

Daxili işlər naziri Anutin Çarnvirakul da hadisə yerində araşdırmaların davam etdiyini və ölənlərin sayını hələlik təsdiq edə bilmədiklərini bildirib. Çarnvirakul, sağ qalanların sayına görə 20 nəfərin öldüyünü bildiriblər.

Sosial şəbəkələrdə paylaşılan videolarda avtobusun alov içində qaldığı görünür. Tələbələrin yaşları və digər təfərrüatlar barədə hələlik məlumat paylaşılmayıb. Hadisə yerində olan axtarış-xilasetmə əməkdaşının qiymətləndirməsinə görə, yanğın avtobusun təkərlərindən birinin partlaması və avtomobilin maneələrə çırpılması nəticəsində başlayıb.

Избранный
17
1
sia.az

2Источники