RU

Azərbaycanın haqq işinə xalqın dəstəyi bizə daim qələbələr gətirəcək




30 sentyabr tarixində Prezident İlham Əliyevin Aşıq Ələsgərin abidəsinin açılış mərasimində iştirak edərkən öz çıxışını zamanı bir sıra məsələlərə toxunub. Bu çıxış, həm də xalqın birliyini və tarixə olan ehtiramını önə çəkən bir mesaj idi. Aşıq Ələsgər və onun yaradıcılığı Azərbaycan xalqının qəlbində əbədi yer tutur və böyük əhəmiyyət kəsb edir. Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edilmişdi, bu gün isə onun abidəsinin ucaldılması ölkə başçısının mədəni irsimizin qorunmasına verdiyi önəmdən irəli gəlir.

XX əsrdə xalqımız – Qərbi Azərbaycanlılar üç böyük deportasiyaya məruz qalmış və bu deportasiyalar yaddaşımızda acı izlər buraxıb. Qərbi Azərbaycanlı olaraq Aşıq Ələsgər də bu proseslərdən təsirlənmişdi. Aşıq Ələsgərin abidəsi ermənilər tərəfindən dağıdılmış, Qarabağda, Şərqi Zəngəzurda Azərbaycan xalqına aid tarixi abidələr, məscidlər, saraylar, qəbiristanlıqlar da erməni vandalları tərəfindən məhv edilmişdi. Əsrlər boyu davam edən bu vandalizm və ədalətsizlik bütün dünyanın gözü qarşısında baş vermişdi.

Ermənistan 3 onillik ərzində Azərbaycanın mədəni irsini geniş miqyasda dağıdıb, talan və vandalizmə məruz qoyub. Ölkəmizin işğal olunmuş ərazilərində yerləşən tarix və mədəniyyət abidələrindən 100.000-dən çox artefakt oğurlanaraq qanunsuz olaraq Ermənistana aparılmışdır. Qərbi Zəngəzur, Qafan, ‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬İrəvan, Göyçə, Nüvədi və Vedidə Ermənistan tərəfindən Azərbaycanlılara qarşı aparılan aqressiv siyasət nəticəsində azərbaycanlıların yaşadığı suveren ərazisinin böyük bir hissəsi işğal edilmiş, etnik təmizləmələr həyata keçirilmiş, Ermənistanda azərbaycanlıların fiziki izləri bütün Ermənistanda ardıcıl olaraq, qəsdən məhv edilmiş, onların tarixinin bu torpaqlardan silinməsi siyasəti həyata keçirilmişdi.

Azərbaycanın bütün yaşayış məntəqələrinin və toponimlərinin adları dəyişdirilib, Azərbaycanın tarixi-mədəni irsi, məscidləri və qəbiristanlıqları qəsdən hədəfə alınıb, vandal hərəkətlərinə məruz qalıblar. ‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬Azərbaycan tarixi-mədəni irsinə qarşı törədilmiş vəhşilikləri dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb, UNESCO və digər beynəlxalq təşkilatlara bu irsin qorunmasını təmin etmək üçün təcili tədbirlərin təxirə salınmadan həyata keçirilməsini bəyan edib. ‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬Azərbaycan hökuməti UNESCO Katibliyinin texniki missiyasının göndərilməsi təklifini əvvəldən alqışlamış və belə bir missiyanın göndərilməsinin zəruriliyini tələb etmişdi. Bu istək, son 30 ildə, işğal zamanı çoxsaylı platformalarda UNESCO-nun diqqətinə çatdırılıb. ‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬Təəssüflər olsun ki, Ermənistan hər dəfə Azərbaycanın işğal olunmuş ərazilərinə missiyanın göndərilməsinə qarşı durub və bu da “Silahlı münaqişələr zamanı mədəni sərvətlərin mühafizəsi haqqında 1954-cü il Haaqa Konvensiyasının həyata keçirilməsi barəsində” UNESCO-nun hesabatında etiraf edilmişdir.

Bu gün Azərbaycan üçün müharibə başa çatıb, Azərbaycan öz suverenliyini tam bərpa edib, bu regionun əsl və tarixi simasını və keçmiş ruhunu dirçəltmək üçün tammiqyaslı yenidənqurma və bərpa işlərinə başlanılıb.

Prezident İlham Əliyev, Qarabağ və Şərqi Zəngəzurdan olan insanların doğma torpaqlarına qayıtmasını qeyd edərək, gələcəkdə Qərbi Azərbaycana qayıdışın da mümkün olacağını bildirir. Təbii ki, bu, bütün Qərbi Azərbaycanlılara böyük ümid verir. Prezident gələcəkdə Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsinin Ağkilsə kəndində bərpa ediləcəyini də bildirdi. Bu ifadələr həqiqətən də doğma yurd həsrəti ilə yaşayan hər bir Qərbi Azərbaycanlının sevincinə səbəb olub.
Prezident suverenliyin tam bərpa edilməsinin xalqda nikbinlik yaratdığını və gələcək hədəflərin həm strateji, həm də taktiki baxımdan düzgün seçilməsinin vacibliyini vurğuladı. Azərbaycanın haqq işinə xalqın dəstəyi tamdır və bu dəstək bizə daim qələbələr gətirəcək.

Milli Məclisin deputatı
Pərvanə Vəliyeva
Избранный
10
1
newscenter.az

2Источники