RU

“Azərreyl” Avropa kubokunda iştirak edəcək

“Azərreyl” klubu çimərlik voleybolu üzrə qadınlar və kişilər arasında keçiriləcək Avropa kubokunda iştirak edəcək.Azərbaycan Voleybol Federasiyasından Komanda.az-a verilən məlumata görə, qaydalara əsasən, hər yarış iştirakçısı 2 komanda və minimum 4, maksimum 6 oyunçu ilə təmsil oluna bilər.Qrup birinciləri birbaşa yarımfinala yüksələcək. İkinci və üçüncü yerin sahibləri isə öz aralarında (A2-B3, A3-B2) daha bir oyun keçirəcəklər.2023-cü ildə ilk dəfə Türkiyədə keçirilən Avropa kubokunda ölkəmizi təmsil edən “Murov Az Terminal” klubunun kişi komandası çempion olub.Oktyabrın 10-dan 13-nə qədər keçiriləcək Avropa kubokuna Fransanın Monpelye şəhəri ev sahibliyi edəcək.

Избранный
8
11
komanda.az

10Источники