RU

İsrail Livandan qoşunlarını nə vaxt çıxaracağını açıqladı

İsrail ABŞ-a Livan ərazisindən qoşunlarını "Hizbullah" hərəkatının infrastrukturunu məhv etdikdən sonra çıxaracağına dair təminat verib.

Bizim.Media bu barədə ABŞ-ın "Axios" portalına istinadən yazıb.

"ABŞ və İsrail rəsmiləri arasında 48 saatlıq yüksək səviyyəli danışıqlar zamanı israillilər Ağ Evi əmin etdilər ki, bu plan (hücum - red.) daha dar yönümlüdür və İsrail sərhədi yaxınlığında "Hizbullah"ın infrastrukturunun təmizlənməsinə, daha sonra isə İsrail Müdafiə Qüvvələrinin (İsrail ordusu - red.) geri çəkilməsinə yönəlib", - deyə portalın məlumatında bildirilib.

Bizim.Media

Избранный
10
2
bizim.media

3Источники