RU

Nazir: Kənd təsərrüfatı sektorunda adaptasiya tədbirlərini təşviq etmək üçün harmoniya təşəbbüsü artıq qurulub

Nazir:

Bakı, 1 oktyabr, AZƏRTAC

Azərbaycanda birbaşa olaraq kənd təsərrüfatı sektorunda adaptasiya tədbirlərini təşviq etmək üçün harmoniya təşəbbüsü artıq qurulub. Həmin təşəbbüs bir növ aqreqator rolunu oynayacaq. Belə ki, mövcud təşəbbüsləri, şəbəkə və koalisiyaları bir araya gətirərək onların gücünü istifadə edəcək. Məqsədimiz odur ki, təcrübə mübadiləsi aparaq, sinerji sahələrini müəyyənləşdirək, boşluqları tapaq və eyni zamanda, iqlimlə bağlı maliyyə resurslarına çıxış əldə edək, həmçinin, bu prosesdə qadın və gənclərin rolunu artıraq.

AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakı İqlim Fəaliyyəti Həftəsinin ikinci günündə çıxışı zamanı deyib.

Dayanıqlı kənd təsərrüfatının inkişafının iqlim dəyişikliyi və onun təsirləri ilə mübarizədə həm yerli, həm də qlobal səviyyədə vacib rol oynayacağını diqqətə çatdıran nazir bildirib: "Bakı Harmoniya İqlim Təşəbbüsü çərçivəsində əsas məqsədlərimizdən biri odur ki, kənd yerlərində yaşayan icmaları səlahiyyətləndirək və onları iqlim dəyişiklərinin təsirinə daha dayanıqlı hala gətirək. Bunun üçün də bizim beynəlxalq tərəfdaşlığa, müxtəlif banklarla əməkdaşlığa ehtiyacımız var. Eyni zamanda, yerli fermerlərə iqlim dəyişikliyinə uyğunlaşa bilən texnologiyalarla təmin etmək lazımdır. Hər zaman xatırlamalıyıq ki, apardığımız bütün siyasətlər fermerlərə uyğun hazırlanmalıdır. Çünki fermerlər ondan birbaşa təsirlənirlər. Odur ki, Bakı Harmoniya İqlim təşəbbüsü çox böyük əhəmiyyət kəsb edir və birbaşa olaraq iqlim dəyişikliyinin uyğun olan texnologiyaların təşviqi baxımından vacib təşəbbüsdür".

Избранный
12
1
azertag.az

2Источники