RU

Yolda özünü apara bilməyən sürücüdən şikayət var: "Xahiş edirəm, cərimələnsin" - VİDEO

Yolda təhlükə ilə üzləşən sürücü qeydə aldığı videonu redaksiyamızın qaynar xəttinə göndərib. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 30-da, Maştağa qəsəbəsində baş verib.

Belə ki, 90-KS-014 qeydiyyat nişanlı "VAZ 21014" markalı avtomobilin sürücüsü görüntünü qeydə alan sürücünü sıxışdıraraq əks yola çıxıb. O, bununla kifayətlənməyərək yenidən əks yola çıxıb və bu dəfə svetoforun qadağanedici işığında hərəkətinə davam edib.

Görüntünü qeydə alan oxucu Dövlət Yol Polisi İdarəsinin rəhbərliyindən həmin sürücünün məsuliyyətə cəlb edilməsini xahiş edir.

 

Könül Rauf

Избранный
12
avtosfer.az

1Источники