RU

ADB dəmir yollarının rəqəmsallaşdırılması üçün Azərbaycana 47 milyon ABŞ dolları ayırıb

Asiya İnkişaf Bankı (ADB) “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəqəmsal transformasiya layihəsinin həyata keçirilməsi üçün Azərbaycana 47 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasını təsdiqləyib.

"Operativ Media" xəbər verir ki, kredit vəsaitləri Azərbaycana dəmir yolu sisteminin rəqəmsallaşdırılmasına, ölkənin dəmir yolu şəbəkələrinin təhlükəsizliyinin, etibarlılığının və səmərəliliyinin artırılmasına kömək edəcək.

Layihə, həmçinin ADY-nin əsas proseslərinin, o cümlədən dəmir yolu nəqliyyatının idarə edilməsi, aktivlər, investisiya planlaşdırması və idarə edilməsi, eləcə də müştəri məlumatlarının emalı sisteminin və korporativ funksiyaların rəqəmsallaşdırılmasını dəstəkləməyə yönəlib.

Избранный
6
17
operativmedia.az

10Источники