RU

İqlim dəyişikliyi su və qida resurslarına ciddi təsir edir - Muxtar Babayev

Bakı. Trend:

İqlim dəyişikliyi su və qida resurslarına ciddi təsir edir. Suresurslarının azalması bir sıra xəstəliklərə gətirib çıxarır.

Trend xəbərverir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri, COP29prezidenti Muxtar Babayev Bakıda İqlim Fəaliyyəti Həftəsinin (BakuClimate Action Week) ikinci günündə çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, artıq iqlim dəyişikliyinin kənd təsərrüfatıüzərində təsirini görürük.

“Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının önəmli hissəsinitəşkil edir. Son illər yağıntıların az olması qida toplanışını 10faiz azaldıb. Xəzərdə də su səviyyəsi azalıb və bu sahilyanı zonayaciddi təsir göstərir. Biz tədbir görməsək bu fəsadlar artacaq.Qlobal temperatur artıq iki milyon insanın yerdəyişməsinə səbəb olabilər. Daha çox araştırmağa və yeni sistemlərə ehtiyac var”,- deyəM.Babayev bildirib.

Qeyd edək ki, Fəaliyyət Həftəsi 2024-cü ilin 30 sentyabr - 4oktyabr tarixlərində, Bakıda ilk dəfə keçirilir.

Bu tədbir, noyabr ayında Bakıda baş tutacaq COP29-un iqlimgündəliyinin əsasını qoyacaq.

İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi siyasət,maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyətvə KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir arayatoplayacaq.

Tədbirin əsas mövzuları "enerji keçidi", "şəhərlər vəurbanizasiya mühiti", "su təhlükəsizliyi", "qida və kəndtəsərrüfatı", "kiçik və orta müəssisələrin bisznesi" və "yaşılbacarıqlar" olacaq.

Həftənin birinci yarısı (30 sentyabr - 2 oktyabr) dövlətqurumları, akademik mühit və özəl sektorun iştirak etdiyi iqlimhəllərinə həsr olunacaq. İkinci yarıda (3-4 oktyabr) isə elm,təhsil, incəsənət, mədəniyyət və digər sahələrə fokuslanılacaq.

Məqalədə:
Избранный
33
6
az.trend.az

7Источники