AZ

İqlim dəyişikliyi su və qida resurslarına ciddi təsir edir - Muxtar Babayev

İqlim dəyişikliyi su və qida resurslarına ciddi təsir edir. Su resurslarının azalması bir sıra xəstəliklərə gətirib çıxarır.

Olaylar xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri, COP29 prezidenti Muxtar Babayev Bakıda İqlim Fəaliyyəti Həftəsinin (Baku Climate Action Week) ikinci günündə çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, artıq iqlim dəyişikliyinin kənd təsərrüfatı üzərində təsirini görürük.

"Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının önəmli hissəsini təşkil edir. Son illər yağıntıların az olması qida toplanışını 10 faiz azaldıb. Xəzərdə də su səviyyəsi azalıb və bu sahilyanı zonaya ciddi təsir göstərir. Biz tədbir görməsək bu fəsadlar artacaq. Qlobal temperatur artıq iki milyon insanın yerdəyişməsinə səbəb ola bilər. Daha çox araştırmağa və yeni sistemlərə ehtiyac var",- deyə M.Babayev bildirib.

Qeyd edək ki, Fəaliyyət Həftəsi 2024-cü ilin 30 sentyabr - 4 oktyabr tarixlərində, Bakıda ilk dəfə keçirilir.

Bu tədbir, noyabr ayında Bakıda baş tutacaq COP29-un iqlim gündəliyinin əsasını qoyacaq.

İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi siyasət, maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyət və KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir araya toplayacaq.

Tədbirin əsas mövzuları "enerji keçidi", "şəhərlər və urbanizasiya mühiti", "su təhlükəsizliyi", "qida və kənd təsərrüfatı", "kiçik və orta müəssisələrin bisznesi" və "yaşıl bacarıqlar" olacaq.

Həftənin birinci yarısı (30 sentyabr - 2 oktyabr) dövlət qurumları, akademik mühit və özəl sektorun iştirak etdiyi iqlim həllərinə həsr olunacaq. İkinci yarıda (3-4 oktyabr) isə elm, təhsil, incəsənət, mədəniyyət və digər sahələrə fokuslanılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
9
6
olaylar.az

7Mənbələr