RU

Gələcəyin qeyri-adi eynəyini hazırlayıblar

Gələcəyin

Amerikalı milyarder Mark Zukerberq bir müddət əvvəl yaxın gələcəyin AR eynəyi adlanan "Meta Orion" eynəklərini təqdim edib. Nümunə kimi ilk prototipi hazırlamaq üçün 10 ildən çox vaxt lazım olub.

Reyting.az
-ın məlumatına görə, "Facebook" şirkətinin sahibi Mark Zukerberq "Meta Orion AR" eynəklərinin təqdimatı zamanı bildirib ki, cihaz çoxtoxunuşlu idarəetmələrə malikdir.

"Meta Connect 2024" sərgisində iş adamı Zukerberq hələ də inkişaf mərhələsində olan və "Orion" adlanan holoqrafik AR eynəklərinin prototipini uğurla nümayiş etdirib. Bununla belə, nümayiş etdirilən modelin həm də tamamilə funksional olduğu bildirilib.

"Meta" şirkətinin baş direktoru deyib ki, yeni "Meta Orion AR" model eynəkləri on ildən çox çəkilən çox böyük zəhmətin nəticəsidir və həm də qısa demo videosuna tamaşa edəndə belə eynəklər olduqca həcmli görünürlər, əslində isə bu eynəklərin çəkisi hətta 100 qramdan da azdır.

"Meta" şirkət olaraq bu yeni, həmçinin müasir AR texnologiyası istifadəçilərinə real mühitlərdə gördüklərini tamamlayan virtual örtüklər təklif edir. Yeni eynəklər həm də obyektləri qeyd etmək, eləcə də video zənglərin imkanlarını təmin etmək və vebsaytlara, digər sosial şəbəkələrə, müxtəlif ünvanlara göndərilən videoların tamamilə maneəsiz, sürətlə qəbul etmək qabiliyyətinə də malikdir.

M. Zukerberqin sözlərinə görə, yeni təcrübə istehsalına başlanılan "Meta Orion AR" eynəklərinin hazırlanması hələ ki, tamamlanmayıb. Qeyd olunub ki, məhsulların xarici cəlbediciliyi onların daxili funksionallığı qədər aktual deyil.

Məlum olduğu kimi, "Orion AR" eynəkləri "Meta" şirkətinin əsas LLM süni intellekt texnologiyasından istifadə edir ki, bu da onlara əhəmiyyətli dərəcədə üstünlüklər verir. Həm generativ süni intellekt, eləcə də eynəklərin özləri multimodal texnoloji imkanlara malikdir. Bu isə o deməkdir ki, eynəklər istifadəçinin diqqət yetirdiyi adi bir detalı belə qavrayıb emal edə bilirlər.

Bu müasir AR eynəklərinin korpusu çəki və istilik yayılmasını yaxşılaşdırmağa tam yardım etmək gücündə olan maqnezium ərintisindən hazırlanıb. Zukerberq deyib ki, cihazın qollarında litium batareyaları və dinamiklər, eləcə də bir sıra sensorlar var. Şirkətin rəsmi məlumatlarında isə xüsusilə qeyd olunur ki, "Meta Orion AR" eynəkləri daim işlək vəziyyətdə olan yeddi kamera ilə təchiz edilib. Üstəlik, müasir "Meta AI" texnologiyaları ilə birgə hazırlanacaq bu qeyri-adi, yeni eynəklər həm də əmrləri müxtəlif üsullarla yüksək səviyyədə hiss etməyi də bacaracaq. İstifadəçilər gözləri ilə və yaxud da əl jestləri vasitəsilə bu cihazı tam nəzarətlə idarə etmək imkanı qazanmaqla, həm də səsli əmrlərdən istifadə edə bilərlər.

Bildirilir ki, şirkətin son inkişafı neyron interfeysi də əhatə edir. Xüsusilə, onda sahibinin əllərinin hərəkətini tanıya bilən bilərzik funksiyası da var.

"Meta" avadanlığını optimallaşdırmağı və cihazın ölçüsünü azaltmağı, həm də onda olan təsvirin keyfiyyətini yaxşılaşdırmağı planlaşdırır.

Daha bir maraqlı məqam isə "Meta"-nın sahibi kimi dünya miqyasında nüfuzlu bir sosial nəhəng hesab edilən amerikalı iş adamı M. Zukerberqin çıxış zamanı mesajı olub. Bəzi mütəxəssislər ehtimal edirlər ki, yeni eynək istehsalçısı kimi M. Zukerberqin böyük iddiaları var.

Çoxlarının fikrincə, M. Zukerberq yaxın gələcəkdə dünya nəhəngi kimi tanınmış,əvvəl ABŞ-nın yerli, eynəklərin istehsalıyla məşğul olan "Bausch & Lomb Inc" şirkəti tərəfindən yaradılan, az sonra İtaliyanın "Luxottica Group S. p." adlanan, dünyaca məhşur brendləri ilə tanınan nüfuzlu bir şirkətə satılan, günəş eynəkləri, eləcə də korreksiyaedici optik çərçivələr, həmçinin tibbi eynəklər istehsal edən, hazırda "Ray-Ban" şirkəti kimi fəaliyyətini davam etdirən italyan nəhəngi ilə yaxınlaşmaqla onunla əməkdaşlıqda maraqlıdır.

Bir müddət öncə M. Zukerberq özü də açıqlama verərək niyyətini gizlətmədiyini söyləyib. Milyarder bildirib ki, bu nəhəng "Ray-Ban" şirkəti ilə əməkdaşlıqda onun əsas məqsədi gələcəkdə dünya bazarına çıxarılacaq eynəklərin inkişaf səviyyəsini qaldırmaq, həmçinin də ən gözəl niyyəti "Meta Orion AR" eynəyini bütün insanlar üçün daha da əlçatan etməkdir.

Oqtay QORÇU
Избранный
25
reyting.az

1Источники