RU

Bu ərazidə işıq olmayacaq - XƏBƏRDARLIQ

Xırdalanın bir hissəsində işıq olmayacaq.

“Yeni Sabah” xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

 Bildirilib ki, Abşeron RETSİ-nə (rayon enerji təchizatı və satışı idarəsi) daxil olan Xırdalan şəhərinin bir sıra ərazilərində 110/35/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasında həyata keçirilən təmir işləri ilə əlaqədar oktyabrın 1-də elektrik xətləri sifarişə əsasən açılacaq. azal vakansiya

Bununla əlaqədar olaraq saat 09:00-dan saat 15:00-dək Quşçuluq yaşayış massivinin bir hissəsində, Şıxəli Qurbanov, Nizami küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Telegram kanalımız
Избранный
9
18
yenisabah.az

10Источники