RU

Sabiq futbolçu Parkinsondan əziyyət çəkir

ABŞ-nin Milli Futbol Liqasının (MFL) sabiq oyunçusu Brett Farv Parkinson xəstəliyinə tutulub.

54 yaşlı mütəxəssis bu barədə özü açıqlama verib.

Sonuncu dəfə “Minnesota Vikinqs”də çıxış etdikdən sonra 2011-ci ildə karyerasını bitirən Farv 2013-cü ildən yaddaş pozğunluğundan əziyyət çəkdiyini və bunu karyerası zamanı başından aldığı zədələrin təsiri ilə əlaqələndirdiyini söyləyib.

Qeyd edək ki, sabiq futbolçu 20 illik karyerasının böyük hissəsini “Qrin Bay Pekers”də keçirib və 1995-ci ildən 1997-ci ilə qədər ardıcıl üç mövsüm MFL-in ən dəyərli oyunçusu seçilib. O, ardıcıl üç dəfə bunu bacaran yeganə oyunçudu.

Избранный
49
football-plus.az

1Источники