RU

İsrail Livanda yerüstü əməliyyata başladı- İsrail tankları 2006-cı ildən bəri ilk dəfə Livana daxil oldu...

Image

İsrail günlərdir həyata keçirdiyi hava hücumlarından sonra Livana qarşı yerüstü əməliyyata başlayıb. ABŞ-ın razılığını alan İsrail ordusu 2006-cı ildən bəri ilk dəfə tankları ilə Livana daxil olublar. Məlumatlara görə, tank və artilleriya atəşinin müşayiəti ilə İsrail əsgərləri Livan sərhədinə doğru irəliləyir.  

Əməliyyat başlamazdan əvvəl Livan ordusunun İsrail sərhədinə yaxın mövqelərini tərk edərək sərhəddən bir neçə kilometr geri çəkildiyi barədə xəbərlər yayılıb. İsrail ordusu isə Livan sərhədindəki üç yaşayış məntəqəsini “hərbi zona” elan edib və buralara girişi qadağan edib. 

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller İsrailin Livanda planlaşdırdığı məhdud yerüstü əməliyyatları barədə ABŞ-ı məlumatlandırdığını açıqlayıb. 

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) isə Yaxın Şərqə döyüş təyyarələri və bir neçə min əlavə əsgər göndərəcəyini açıqlayıb. Hazırda bölgədə olan USS Abraham Lincoln təyyarə gəmisi donanmasının yerində qalması ilə bağlı təlimat verildiyini deyən Pentaqon sözçüsünün müavini Sabrina Sinq, hava hücumundan müdafiəni gücləndirmək bölgəyə əlavə F-15E Strike Eagle, F-16, A-10 və F-22 döyüş təyyarələri və onlara dəstək olmaq üçün bir neçə min əsgər göndəriləcəyini bildirib.

İran isə İsraillə döyüşmək üçün Livan və ya Qəzza zolağına hərbi qüvvə göndərməyəcəyini bəyan edib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani İranın bölgəyə əlavə və ya könüllü qüvvələr göndərməsinə ehtiyac görmədiyini, Livan və ya Fələstin döyüşçülərinin özlərini müdafiə etmək üçün yetərli gücə sahib olduqlarını bildirib.

TAHİR





Избранный
44
1
baki-xeber.com

2Источники