RU

Belarus sərhədçiləri Litva sərhədi yaxınlığında pilotsuz uçan aparatı endiriblər

Lida sərhəd dəstəsinin hərbi qulluqçuları Belarus-Litva sərhədi yaxınlığında pilotsuz uçan aparatı məcburi yerə endiriblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Respublika Dövlət Sərhəd Komitəsinin saytında məlumat verilib.

Məlumata görə, hadisə sentyabrın 29-da Qrodno vilayətinin Voronovo rayonunda baş verib.

“Lida sərhəd dəstəsinin hərbçiləri <…> Belarus-Litva sərhədindən 100 metr aralıda pilotsuz təyyarə aşkar ediblər. Sərhədçilər standart silahlardan istifadə edərək multikopter eniş etməyə məcbur ediblər”, – komitədən bildiriblər.

Əlavə ediblər ki, pilotsuz təyyarənin düşdüyü əraziyə baxış keçirən zaman əsgərlər mobil telefon tapıblar. Nəşr vurğulayır ki, nəticədə ələ keçirilən cihazların – PUA və smartfonun sahiblərinə qarşı inzibati proses başlanıb.

Избранный
10
nocomment.az

1Источники