RU

"Qarabağ"ın rəqibinin futbolçusu üçün bu mövsüm erkən başa çatdı

style='margin-bottom:10px;'>

"Qarabağ"ın  Avropa Liqasının Liqa mərhələsindəki rəqibi "Malmö"nün futbolçusu Sead Hakşabanoviç üçün bu mövsüm erkən başa çatıb.

QOL.az İsveç klubunun saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu qasıq nahiyəsində yaranan zədəyə görə gələn həftə əməliyyat olunacaq. Bu səbəbdən o, mövsümün qalan hissəsini buraxacaq.

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının Liqa mərhələsinin 2-ci turunda oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda "Malmö" ilə qarşılaşacaq.

Избранный
9
6
teleqraf.com

7Источники