RU

XİN Nepaldakı təbii fəlakətlə bağlı başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi Nepalda baş verən təbii fəlakətlə bağlı başsağlığı verib.

APA-nın məlumatına görə, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib:

“Nepalda baş verən və yüzlərlə insanın həyatına son qoyan sel və torpaq sürüşməsi xəbərindən kədərləndiyimizi bildiririk. Həlak olanların yaxınlarına başsağlığı verir, zərərçəkənlərin tezliklə sağalmasını arzulayırıq. Belə ağır günlərdə Nepalla həmrəyik”.

Избранный
33
20
apa.az

10Источники