AZ

Azərbaycan XİN Nepala başsağlığı verib

Bakı, TurkicWorld

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Nepala başsağlığı verib.

TurkicWorld xəbər verir ki, bu barədə XİN-in rəsmi "X" hesabında paylaşım edilib.

Paylaşımda qeyd edilir:

"Nepalda yüzlərlə insanın həyatına son qoyan daşqın və torpaq sürüşməsi xəbəri kədərləndirdi. Həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq. Bu çətin günlərdə Nepalla həmrəyik".

Seçilən
18
27
turkic.world

10Mənbələr