"Nepalda yüzlərlə insanın həyatına son qoyan daşqın və torpaq sürüşməsi xəbəri bizi kədərləndirdi".
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN-nin "X" hesabında paylaşım edilib.
"Həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq.
Bu çətin günlərdə Nepalla həmrəyik", - məlumatda qeyd olunub.