RU

İran İrəvanda nəhəng ticarət nümayəndəliyi açdı

İran İrəvanda dünyanın ən böyük ticarət nümayəndəliyini açıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu nümayəndəliyin açılışında iştirak edən İranın Ermənistandakı səfiri Mehdi Sübhani deyib.

"Qeyd etmək lazımdır ki, bura dünyanın ən böyük mərkəzidir. Bu da İran və Ermənistan arasında dərin dostluq əlaqələrindən xəbər verir. Ermənistan və İran arasında ticarət-iqtisadi əlaqələr və ticarət dövriyyəsi sürətlə artır. Ümid edirəm ki, ticarət nümayəndəliyinin açılması iqtisadi əlaqələrin, o cümlədən ticarətin inkişafına təkan verəcək", - Sübhani bildirib.

Qeyd edək ki, 18 min kv.m-dən çox əraziyə malik mərkəzin açılışında Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan da iştirak edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
5
2
milli.az

3Источники