RU

Parisdə Marin Le Penin məhkəməsi başlayıb

Parisdə

Bakı, 30 sentyabr, AZƏRTAC

Paris məhkəməsində “Milli Birlik” partiyasının Avropa Parlamentindəki deputatlarının saxta köməkçilərinin işə götürülməsi ilə bağlı dinləmələr başlayıb.

AZƏRTAC xəbər verir ki, məhkəmə işi “Milli Birlik” partiyasının Fransa parlamentindəki fraksiyasının rəhbəri Marin Le Pen və onun 24 partiya üzvünə qarşı aparılır. Onların arasında Marin Le Penin atası Jan-Mari Le Pen də var.

Partiya fəalları 2004-2016-cı illərdə Avropa parlamentinin vəsaitlərindən sui-istifadə ittihamı ilə mühakimə olunurlar. Onlar həmin vəsaitdən yalnız “Milli Birlik” partiyasında işləyən deputat köməkçilərinin əməkhaqqını ödəmək məqsədilə istifadə etməkdə şübhəli bilinirlər. Partiyanın qurucusu Jan-Mari Le Pen səhhəti ilə əlaqədar dinləmələrə qatılmayacaq.

Marine Le Pen Avropa Parlamentinin pullarının yuyulması üçün “mərkəzləşdirilmiş sistem” qurmada da ittiham olunur. Bütün ittihamların sübuta yetiriləcəyi təqdirdə onu on ilədək həbs cəzası və bir milyon avro cərimə gözləyir. Marin Le Pen, həmçinin beş ildən on ilədək dövlət vəzifəsi tutmaq hüququndan məhrum edilə bilər ki, bu da onun 2027-ci il prezident seçkilərində iştirakını sual altına alır.

Избранный
25
azertag.az

1Источники