RU

Məhkəmə Nazim Bəydəmirli barədə hökm verdi: 8 il azadlıqdan məhrum edilsin!

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son söz deyib.

Daha sonra prosesdə hökm elan olunub.

Məhkəmənin hökmü ilə Nazim Bəydəmirli 8 il azadlıqdam məhrum edilib.

Prokuror Nazim Bəydəmirlinin 9 il müddətinə azadlıqdan məhrum olunmasını istəmişdi.

Избранный
12
6
aznews.az

10Источники