RU

Almaniya: "Nəsrullahın öldürülməsi İsrailin özünü müdafiə etmək hüququdur"

Almaniya Xarici İşlər Nazirliyinin İsrailin Beyrut hücumunda Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsi ilə bağlı verdiyi açıqlamada "Nəsrullahın öldürülməsi İsrailin özünü müdafiə haqqıdır" ifadələrindən istifadə edilib.

Turkustan.az xəbər verir ki, Hizbullah lideri Həsən Nəsrullahın İsrail ordusu tərəfindən öldürülməsinin əks-sədası davam edir.

Almaniya Xarici İşlər Nazirliyindən verilən açıqlamada, “Nəsrullahın öldürülməsi İsrailin özünü müdafiə etmək hüququdur” ifadəsi yer alıb.

Bəyanatda hücum zamanı Hizbullahın yüksək səviyyəli liderlərinin görüşdə olduğu iddia edilsə də, “Uzaqdan belə onların gələcək əməliyyatlarını planlaşdırdıqlarını güman etmək olar”. “Bu baxımdan, burada özünümüdafiə hüququnun həyata keçirildiyini düşünmək üçün əsaslar var”.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Избранный
2
2
turkustan.az

3Источники