Almaniya Xarici İşlər Nazirliyinin İsrailin Beyrut hücumunda Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsi ilə bağlı verdiyi açıqlamada "Nəsrullahın öldürülməsi İsrailin özünü müdafiə haqqıdır" ifadələrindən istifadə edilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Hizbullah lideri Həsən Nəsrullahın İsrail ordusu tərəfindən öldürülməsinin əks-sədası davam edir.
Almaniya Xarici İşlər Nazirliyindən verilən açıqlamada deyilib: “Nəsrullahın öldürülməsi İsrailin özünü müdafiə etmək hüququdur”.
Bəyanatda hücum zamanı Hizbullahın yüksək səviyyəli liderlərinin görüşdə olduğu iddia edilsə də məlumatda qeyd olunub: “Uzaqdan belə onların gələcək əməliyyatlarını planlaşdırdıqlarını güman etmək olar. Bu baxımdan, burada özünümüdafiə hüququnun həyata keçirildiyini düşünmək üçün əsaslar var”.