RU

ABŞ-da "Helene" qasırğasının qurbanlarının sayı 90-a çatıb

ABŞ-da "Helene" qasırğası nəticəsində ölənlərin sayı 90-ı keçib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, qasırğanın sürəti saatda 225 kilometrə çatıb.

Şimali Karolina əyalətinin Buncombe bölgəsində 600 nəfər itkin düşüb.

Floridada 1,2 milyondan çox, Corciyada 1 milyon, Cənubi Karolinada 1,3 milyon və Şimali Karolinada 600 min ev və iş yerində elektrik enerjisi kəsilib.

ABŞ prezidenti Co Baydenin həftə ərzində qasırğadan zərər çəkmiş bölgələrə səfər edəcəyi gözlənilir.

Prezident Bayden Florida və Şimali Karolinada "fövqəladə vəziyyət" elan edib.

Şəbnəm Mehdizadə

Избранный
15
e-huquq.az

1Источники