Azərbaycana yeni metro vaqonları gətirilib.
Onların nə vaxt xəttə buraxılacağını dəqiqləşdirmək məqsədilə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəis Bəxtiyar Məmmədovla əlaqə saxladıq.
Metropoliten rəsmisi KONKRET.az-a açıqlamasında bunları deyib:
“Ölkəmizə 2 qatar gətirilib. Hazırda birində komplektləşdirmə işi başa çatdırılıb və sazlama işləri həyata keçirilir. Digər qatarda da komplektləşdirmə başlayacaq. Bu qayda ilə il ərzində 7 qatar, yəni 35 vaqon xəttə buraxılacaq. Gələn il 20, ondan sonraki mərhələdə isə 10 vaqon istismardan çıxarılacaq. Alınan bütün qatarlar isə müasir tələblərə cavab verir”.
Məlik Məlikov,
KONKRET.az