EN

Bakı Metropoliteni yeni alınan qatarları nə vaxt xəttə buraxacaq? – Rəsmi cavab

Azərbaycana yeni metro vaqonları gətirilib.

Onların nə vaxt xəttə buraxılacağını dəqiqləşdirmək məqsədilə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəis Bəxtiyar Məmmədovla əlaqə saxladıq.

Mətbuat

Metropoliten rəsmisi KONKRET.az-a açıqlamasında bunları deyib:

“Ölkəmizə 2 qatar gətirilib. Hazırda birində komplektləşdirmə işi başa çatdırılıb və sazlama işləri həyata keçirilir. Digər qatarda da komplektləşdirmə başlayacaq. Bu qayda ilə il ərzində 7 qatar, yəni 35 vaqon xəttə buraxılacaq. Gələn il 20, ondan sonraki mərhələdə isə 10 vaqon istismardan çıxarılacaq. Alınan bütün qatarlar isə müasir tələblərə cavab verir”.

Məlik Məlikov,

KONKRET.az

Chosen
6
1
konkret.az

2Sources