RU

Circus Sea Breeze sizi "Buffalo Show" ilə valeh edəcək – VİDEO

Ayılar camışların üstündə, havada uçan akrobatlar və dünyanın ən möhtəşəm sirk şousu - Circus Sea Breeze sizi "Buffalo Show" ilə valeh edəcək!

Təsəvvür edin: nəhəng camışların belində dayanan ayılar, həyatlarını təhlükəyə ataraq yüksək hündürlüklərdə fırlanan akrobatlar və inanılmaz heyvan performansları! 

29 oktyabr tarixində Sea Breeze Resort ərazisində yerləşən Circus Sea Breeze-də yeni mövsüm start götürür və bu açılış "Buffalo Show" ilə yaddaşlarda əbədi qalacaq. Məşhur Sirk Oskar mükafatçısı Allahverdi İsrafilov tərəfindən hazırlanan bu unikal şou sizi valeh edəcək və heç vaxt unutmayacağınız təəssüratlar bəxş edəcək.

Niyə bu şounu qaçırmaq olmaz?

Ayılar və itlər camışların belində - Hələ belə bir səhnə görməmisiniz! Bu tamaşa əsl sirk sehrini nümayiş etdirəcək və tamaşaçıların heç biri laqeyd qalmayacaq.

Dünyanın dörd bir yanından gələn ulduz sənətçilər - Keniyadan, Rusiyadan, Almaniyadan, Belarusdan və Ukraynadan gələn akrobatlar, kəndirbazlar, hava gimnastları, klounlar və jonglyorlar! Hər bir çıxış sirkin sərhədsiz olduğunu sübut edəcək və sizi heyran qoyacaq.

Ənənəyə uyğun olaraq, şounun ilk günü valideyn himayəsindən məhrum uşaqlar, sağlamlıq imkanları məhdud olan uşaqlar, şəhid və qazi ailələrinin övladları üçün xüsusi olaraq təşkil ediləcək.

Tamaşaçılar üçün rahatlığı təmin etmək məqsədilə metronun "Koroğlu" stansiyasından sirkin ərazisinə və şoudan sonra geri pulsuz avtobuslar təşkil ediləcək.

Biletlərin qiyməti 10 manatdan başlayır. Biletləri şəhərin bütün kassalarından və iticket.az saytından əldə edə bilərsiniz.

LİNK: https://iticket.az/events/circus/circus-buffalo-show

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Избранный
7
1
milli.az

3Источники