AZ

"Circus Sea Breeze" sizi "Buffalo Show" ilə valeh edəcək (VİDEO)

Bakı. Trend:

Ayılar camışların üstündə, havada uçan akrobatlar və dünyanın ənmöhtəşəm sirk şousu – Circus Sea Breeze sizi "Buffalo Show" iləvaleh edəcək!

Təsəvvür edin: nəhəng camışların belində dayanan ayılar,həyatlarını təhlükəyə ataraq yüksək hündürlüklərdə fırlananakrobatlar və inanılmaz heyvan performansları!

29 oktyabr tarixində Sea Breeze Resort ərazisində yerləşənCircus Sea Breeze-də yeni mövsüm start götürür və bu açılış“Buffalo Show” ilə yaddaşlarda əbədi qalacaq. Məşhur Sirk Oskarmükafatçısı Allahverdi İsrafilov tərəfindən hazırlanan bu unikalşou sizi valeh edəcək və heç vaxt unutmayacağınız təəssüratlar bəxşedəcək.

Niyə bu şounu qaçırmaq olmaz?

Ayılar və itlər camışların belində – Hələ belə bir səhnəgörməmisiniz! Bu tamaşa əsl sirk sehrini nümayiş etdirəcək vətamaşaçıların heç biri laqeyd qalmayacaq.

Dünyanın dörd bir yanından gələn ulduz sənətçilər – Keniyadan,Rusiyadan, Almaniyadan, Belarusdan və Ukraynadan gələn akrobatlar,kəndirbazlar, hava gimnastları, klounlar və jonglyorlar! Hər birçıxış sirkin sərhədsiz olduğunu sübut edəcək və sizi heyranqoyacaq.

Ənənəyə uyğun olaraq, şounun ilk günü valideyn himayəsindənməhrum uşaqlar, sağlamlıq imkanları məhdud olan uşaqlar, şəhid vəqazi ailələrinin övladları üçün xüsusi olaraq təşkil ediləcək.

Tamaşaçılar üçün rahatlığı təmin etmək məqsədilə metronun"Koroğlu" stansiyasından sirkin ərazisinə və şoudan sonra geripulsuz avtobuslar təşkil ediləcək.

Biletlərin qiyməti 10 manatdan başlayır. Biletləri şəhərin bütünkassalarından və iticket.az saytından əldə edə bilərsiniz.

LİNK: https://iticket.az/events/circus/circus-buffalo-show

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Seçilən
1
1
az.trend.az

3Mənbələr