RU

FIFA prezidenti yeni klublararası DÇ-nin əhəmiyyətini izah etdi

FIFA prezidenti Canni İnfantino 2025-ci ilin yayında ABŞ-da yenilənmiş tərtibatda keçiriləcək klublararası dünya çempionatından söhbət açıb.

Arena.az FIFA-nın rəsmi saytına istinadən, İnfantinonun bu barədə fikrini təqdim edir:

“2025-ci il klub futbolunun yeni dövrünü açacaq, çünki FIFA ABŞ-da ən böyük və ən əhatəli klub yarışını keçirəcək.

2025-ci il FIFA Dünya Kuboku 12 fantastik stadionda keçiriləcək. Burada dünyanın ən yaxşı 32 klubunun böyük oyunçuları dünyəvi miqyasda futbol tarixində yeni səhifə yazacaqlar. Bu yeni FIFA yarışı Afrika, Asiya, Mərkəzi və Şimali Amerika və Okeaniyanın ən yaxşı klublarına Avropa və Cənubi Amerikanın ən güclü klublarına qarşı oynamağa imkan verən, dünyəvi klub futbolunda əsl həmrəyliyin və əhatəliliyin yeganə gerçək nümunəsidir. Bu, klub futbolunun inkişafına və bütün dünyada istedadların sayının artmasına böyük təsir göstərəcək”, deyə FIFA prezidenti bildirib.

Избранный
11
arena.az

1Источники