RU

Azərbaycanda “Turistik Kənd” layihəsinə start verilib

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin və Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DövlətMəşğulluq Agentliyinin birgə əməkdaşlığı ilə turizm potensialıyüksək olan kəndlərdə turizm üzrə fəaliyyətin dəstəklənməsi vəözünüməşğulluğun artırılması məqsədilə kənd qonaq evlərinin müvafiqavadanlıqlarla təmin edilməsi üzrə “Turistik Kənd” layihəsinə startverilib.

Trend bubarədə Turizm Agentliyinə istinadən məlumat verir.

Qeyd edilib ki, layihə üzrə yerli və xarici turistlər üçünalternativ yerləşmə yerlərinin yaradılması ilə kənd turizminininkişafı, eləcə də, yerli icmaların və turizm fəaliyyəti ilə məşğulolan ailə təssərrüfatlarının rifahının yaxşılaşdırılmasıhədəflənir.

İlkin olaraq turizm potensiallı Qusar rayonunun Ləzə kəndi, Qaxrayonunun İlisu və Sarıbaş kəndlərində icra olunacaq layihəçərçivəsində ümumilikdə 20 qonaq evinin “Aqroturizm” zərfi üzrəzəruri avadanlıqlarla təmin edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, “Turistik Kənd” layihəsi AzərbaycanRespublikasının Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nınTədbirlər Planından irəli gələn tapşırıqların icrası məqsədiləhəyata keçirilir.

Məqalədə:
Избранный
16
20
az.trend.az

10Источники