RU

Tramp: "Kamala Harris əqli cəhətdən qüsurludur"

ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasının namizədi Donald Tramp Demokratlar Partiyasının namizədi Kəmalə Harrisin noyabrda keçiriləcək prezident seçkilərində “əqli qüsurlu” olması ilə bağlı açıqlamalarını təkrarlayıb.

Turkustan.az xəbər verir ki, Tramp seçki kampaniyası zamanı bir çox respublikaçıların bu cür bəyanatlardan çəkinməsi ilə bağlı tənqidlərinə baxmayaraq, rəqibi Harrisə qarşı aşağılayıcı bəyanatlar verməkdə davam edir.

Prezidentliyə namizəd Tramp dünən Pensilvaniya ştatında keçirilən seçki mitinqindəki çıxışında, "Co Bayden əqli cəhətdən qüsurlu oldu. Kədərlidir, amma düzünü desəm, Kamala Harrisin belə doğulduğuna inanıram" dedi.

Keçmiş prezidentin tərəfdarları Trampın rəqibinə qarşı açıqlamalarından narahatdırlar.

Trampın aparıcı müttəfiqlərindən olan respublikaçı senator Lindsey Graham CNN proqramında Harrisin "zehni cəhətdən qüsurlu" olduğunu düşünmədiyini, onun "dəli liberal" olduğunu söylədi.

Qrem Trampı bu cür bəyanatlar əvəzinə iqtisadiyyat, sərhəd problemi, inflyasiya və xarici siyasət məsələlərinə diqqət yetirməyə çağırıb.

Tramp sentyabrın 28-də Viskonsin ştatında etdiyi çıxışda “Kəmalə əqli cəhətdən qüsurludur” deyib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Избранный
5
6
turkustan.az

9Источники